+994 55 808 03 03
+994 77 808 03 03
Zəfəran Hospital,
Bakı, Azərbaycan
Dr. İlyas Həsənov, Azərbaycanın ilk invaziv radioloqudur. Bir çox invaziv radioloji əməliyyatlar, yerli mütəxəssis olaraq Azərbaycanda ilk dəfə məhz İlyas Həsənovun komandası tərəfindən yerinə yetirilib.
1988-1998-ci illərdə Bakı şəhəri 249 saylı orta məktəbi bitirdikdən sonra, həmin ili Azərbaycan Tibb Universitetinin 1-ci müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2004-cü ildə həmin fakültənin cərrahiyyə bölümünü bitirib.
2004-2006-cı illərdə Rusiya Federasiyası Sankt-Peterburq şəhərində yerləşən Mərkəzi Rentgen-Radiologiya İnstitutunda radiologiya üzrə, 2006-2008-ci illərdə isə rentgen-cərrahiyyə üzrə ordinaturaları bitirmişdir.
2008-2009-cu illərdə Hamburq (Almaniya) şəhərində Asklepios Klinik Altonada İnvaziv Radiologiya, xüsusən İnvaziv Neyro-radiologiya üzrə ixtisas artırmada olmuşdur.
2009-2010-cu illərdə İstanbul şəhərində yerləşən Başkent Universitetinin xəstəxanasında, Medikal Park xəstəxanalarında invaziv radiologiya üzrə uzun müddətli kurslar keçmişdir.
2010-cu ildə İtaliyanın Ferrara şəhərində yerləşən Damar xəstəliklər Mərkəzində Professor Paola Zamboninin yanında venoz damarlarda invaziv müdaxilələr üzrə kurs keçmişdir. Qeyd edək ki, məhz Paola Zamboni çox geniş yayılmış və müalicəsi hələdə tam bəlli olmayan Dağınıq Skleroz xəstəliyində yeni müalicə sayılan CCSVI zamanı venoz damarların Balon Angioplastikası və stent implantasiyası əməliyyatlarını dünyada ilk tətbiq edən həkimdir.
2010-cu il Noyabr ayının 24-də Sankt-Peterburq şəhərində Qaraciyərin metastatik şişlərinin invaziv metodlarla müalicəsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tibb elmləri üzrə fəlsəfə doktoru adını qazanmışdır. Bir çox elmi məqalələri yerli və xarici jurnallarda dərc olunmuşdur.
2009-2012-ci illərdə Mərkəzi Gömrük Hospitalında İnvaziv radioloq olaraq başlamışdır.
2009-2013-cü illər ərzində Avrasiya klinikasında Baş menecer və idarə heyətinin üzvü olmuşdur. Həmçinin İnvaziv radioloq olaraq çalışmışdır.
2013-2015 illər Medistyle Hospitalın baş həkimi və İnvaziv radioloq vəzifəsində çalışmışdır.
2015-2016 illərdə Avrasiya Hospitalın baş həkimi və İnvaziv radioloq vəzifəsində fəaliyyət göstərmişdir.
2016-2018 illər ərzində Gəncə Beynəlxalq Xəstəxanasında direktor və İnvaziv radioloq vəzifəsində çalışmışdır.
2018-2019 illərdə Synergy Group MMC-də direktor vəzifəsində çalışmışdır.
2019-2020 illər Medistyle Hospitalın baş həkimi və İnvaziv radioloq vəzifəsində çalışmışdır.
2020-2021 illər FHN Modul Tipli Hospitalda baş həkim müavini olmuşdur.
2021-2022 illər Medistyle Hospitalda direktor vəzifəsində və İnvaziv radioloq kimi çalışmışdır.
2022-2023 illərində fəaliyyətini Olimp Hospitalda İnvaziv Radioloq olaraq davam etdirmişdir.
Hal-hazırda Zəfəran Hospitalda İnvaziv Radioloq olaraq çalışmaqdadır.