Sual №1
Həkim Salam, Mənim 38 yaşım var, ayaqlarım hər gün axşam şişir səhərə kimi ağrıdan yata bilmirəm, deyirlər ayağında tromb var, mən nə etməliyəm və şişməsin deyə bir çox həkimlərdə oldum dərmanlar yazdılar amma xeyrin görmədim, mənə nə məsləhət görərdiz?
Salam, Ayşən xanım, öncəliklə Allah şəfa versin. Ayaqda damarlarda tromb varsa, bu təcili şəkildə müalicə olunmalıdır. Çünki, bu durum həyatınız üçün təhlükəlidir. İnvaziv üsulla bu trombu aradan qaldırmaq mümkündür, əməliyyat pasient üçün daha az ağrılı və daha az risklidir. İnvaziv əməliyyat sonra siz normal həyat tərzinizə daha tez qayıdacaqsınız.