+994 55 808 03 03
+994 77 808 03 03
Zəfəran Hospital,
Bakı, Azərbaycan
Öd yollarının bədxassəli törəmələri zamanı bəzi hallarda pasiyent üçün cərrahi əməliyyatlar riskli sayılır. Bu hallarda daha az travmatik və ən az riskli metod invaziv radioloji müalicə üsulları sayılır. Bəzən invaziv radioloji metod olaraq öd yollarına perkutan drenaj və stent taxılır.
Biliar drenaj və ya öd yolları drenajı öd yollarının tıxandığı vəziyyətlərdə edilən müalicə üsuludur. Prosedur zamanı nazik iynə ilə öd yollarına daxil olunur. Daha sonra öd yollarının tıxanıqlığı üzərinə plastik kateter və ya birbaşa metal stent qoyula bilər. Plastik kateteri həmişə çıxarmaq olar. Stentlər isə qalıcıdır.
Perkutan biliar (öd yolları) drenaj:
Hər hansı səbəbdən sidik yollarının tıxanması və ya sidik yollarının normal işini pozulması nəticəsində böyrəklərdə hidronefroz yaranır və bu halda böyrəkləri qorumaq üçün nefrostomiyaya ehtiyac yaranır.
Nefrostomiya - kateter istifadə edərək böyrəkdən sidiyi çıxarmaq üçün icra edilən bir prosedurdur. Bu prosedur hidronefroz zamanı böyrəklər üzərindəki təzyiqi azaltmaq üçün edilir. Əməliyyatsız lokal anesteziya ilə həyata keçirilir və prosedur təxminən 15-20 dəqiqə çəkir, prosedurdan sonra xəstə evə gedə bilər.