+994 55 808 03 03
+994 77 808 03 03
Zəfəran Hospital,
Bakı, Azərbaycan
İnsult beyinə gedən qan axınının birdən azalması və durmasıdır. Daha çox hallarda, insult beyinə gedən damarların gözlənilmədən tıxanması ilə bağlı olur. Xalq arasında bu xəstəlik "beyində damar daralması və ya tıxanması" adlandırılır. Daha nadir hallarda insult beyin damarlarından birinin zədələnib qanın beyin toxuması və beyin pərdələri içinə axması ilə meydana çıxa bilər.
İşemik insult beyin damarlarının tıxanması və ya daralması ilə əmələ gəlir. Beyin - damarlardan gələn təzə qanla çalışır. Beyinə gələn qan, oksigen və qidalandırıcı maddələri beyinə daşıyır, karbon dioksit və hüceyrə atıqlarını isə beyindən uzaqlaşdırır. Əgər bir damar tutularsa (tıxanma olarsa), beyin kifayət qədər qan ala bilməz və dəqiqələr içində beyin hüceyrələri ölməyə başlayar. Bu vəziyyət "beyin qanaması" adlanır. Bu səbəbdən işemik insult zamanı ilk tibbi yardımın böyük önəmi var. Təəssüf ki, çox hallarda işemik insult daha öncədən heç bir əlamətlə özünü biruzə vermir, çox anidən baş verir.
İşemik insultun fəsadları, beyinin hansı damarlarının və hansı ölçüdə tıxandığına bağlı olur. İnsult anidən görmənin itməsi, qüvvətsizlik, hissiyatın itməsi, gəzərkən çətinlik çəkməyə səbəb ola bilər. Beyinin fərqli bölgələri bədənin fərqli hisslərini və funksiyalarını idarə etdiyi üçün, əsasən insultun olduğu yer və yaxın çevrəsinə təsir bölgəsinə bağlı olaraq, bədəndə də həmin nahiyyələrdə ağırlaşmalar olur. İşemik insultun ilk əlamətlərini öyrənmək və bu əlamətlər olarsa mütləq təcili olaraq pasienti xəstəxanaya çatdırmaq lazımdır.
Şübhələnməsi gərəkən hallar:
İşemik İnsult zamanı erkən periodda (ilk 6-8 saat ərzində) invaziv yolla damarların açılması əməliyyatı tətbiq olunur. Damarlar açıldıqdan sonra pasientdə insult sonrası he bir fəsad (əlillik) qalmır.
Beyin qanamasını ən düzgün və tez tomoqrafiya müayinəsi göstərir.
Beyin qanaması zamanı Kompüter Tomoqrafiyasının rolu
Beyin qanaması zamanı ən dəqiq müayinələrdən biri olaraq Tomoqrafiya sayılır. Beyin qanaması keçirən pasienti xəstəxanada ilk müayinə olaraq Kompyuter tomoqrafiyasından keçir. Beyin Qanamasını ən düzgün və tez Tomoqrafiya müayinəsi göstərir. Müayinənin nəticələrinə əsasən pasient angiorafiya otağına alınır və invaziv müdaxilə başlanır.