Ağrısız, az riskli
invaziv (kəsiksiz) müalicə
Azərbaycanın ilk İnvaziv Radioloqu

HAQQIMDA
Dr. İlyas Həsənov
Dr. İlyas Həsənov, Azərbaycanın ilk invaziv radioloqudur. Bir çox invaziv radioloji əməliyyatlar, yerli mütəxəssis olaraq Azərbaycanda ilk dəfə məhz İlyas Həsənovun komandası tərəfindən yerinə yetirilib. Bu əməliyyatlardan - Anevrizmaların Coil Embolizasiyası, Qaraciyər şişlərinin kimyəvi embolizasiyası, Uşaqlıq Miomalarının Embolizasiyası (UAE), Qanayan şişlərdə (sidik kisəsi, qaraciyər, uşaqlıq) mexaniki embolizasiya və s.

Ağrısız, Az riskli, Minimal kəsiklə
Xəstəliklərin müalicəsi
Varikoz
Varikoz damarları adətən ayaq damarlarında venoz reflüks problemi nəticəsində, çirkli qanın ürəyə qayıtmasında olan problemdir.
Diabetik ayaq
Diabetik ayaq - şəkər xəstələrində yaranan və uzun müddət sağalmayan yaralardır.
İşemik insult
İnsult beyinə gedən qan axınının birdən azalması və durmasıdır.
Mioma
Uşaqlıq Miomalarının Embolizasiyası - Uşaqlıq miomalarının cərrahi kəsiksiz ən az travmatik müalicəsidir.
Şahdamarın daralması
Karotis arterial damarı və ya şahdamar boyun hissəsində olur və beyini qan ilə qidalandıran ən vacib damardır.
Beyin anevrizmaları
Beyin anevrizması - beyin damarlarının genişlənməsi və nəticədə damarın bir hissəsində balonabənzər formanın yaranması deməkdir.

Mütəxəssisləşmiş müayinə və müalicə mərkəzi
İnvaziv Ürək və Damar Mərkəzi minimal invaziv prosedurlar üzrə ixtisaslaşan, qabaqcıl görüntüləmə texnologiyaları ilə müalicə və müayinə yanaşmalarını təkmilləşdirən tibbi mərkəzdir.
24/7 Çağrı Mərkəzi
Ən təcili hallarda belə

İnvaziv Radiologiyanın Üstünlükləri
Kiçik kəsiklə müalicə
İnvaziv Radiologiyanın əsas üstünlüklərindən biri minimal invazivliklə prosedurların yerinə yetirilməsinə imkan verməsidir. Ənənəvi cərrahiyyə ilə müqayisədə daha kiçik kəsiklər nəticəsində sağalma müddətləri qısalır
Daha az ağrı
Kiçik kəsiklər daha az toxuma travmasına səbəb olduğu üçün, İnvaziv Radioloji əməliyyatlar çox zaman minimal ağrı ilə müşayiət olunur
Qısa zamanda bərpa
İnvaziv Radioloji əməliyyatlar qısa müddətdə və kəsiksiz icra olunduğu üçün pasiyentlərin xəstəxanada qalma müddəti adətən bir neçə saatı keçmir
Minimal riskli
Əməliyyatlar kiçik kəsiklə, yerli narkoz və çox az qanaxma ilə icra olunduğu üçün ağırlaşma riski çox aşağı səviyyədədir
Yerli narkoz
İnvaziv Radioloji prosedurların bir çoxu yerli narkoz vasitəsilə, pasiyent ayıq ikən icra edilir
