Dr. İlyas Həsənov, PhD, MD

Ünvan

ATU Tədris Terapevtik Klinikası, Bakı


İşemik insult müalicəsi

İnsult beyinə gedən qan axınının birdən azalması və durmasıdır. Daha çox hallarda, insult beyinə gedən damarların gözlənilmədən tıxanması ilə bağlı olur. Xalq arasında bu xəstəlik "beyində damar daralması və ya tıxanması" adlandırılır. Daha nadir hallarda insult beyin damarlarından birinin zədələnib qanın beyin toxuması və beyin pərdələri içinə axması ilə meydana çıxa bilər.

İşemik insult beyin damarlarının tıxanması və ya daralması ilə əmələ gəlir. Beyin - damarlardan gələn təzə qanla çalışır. Beyinə gələn qan, oksigen və qidalandırıcı maddələri beyinə daşıyır, karbon dioksit və hüceyrə atıqlarını isə beyindən uzaqlaşdırır. Əgər bir damar tutularsa (tıxanma olarsa), beyin kifayət qədər qan ala bilməz və dəqiqələr içində beyin hüceyrələri ölməyə başlayar. Bu vəziyyət beyin infarktı (işemik insult) adlanır. Bu səbəbdən işemik insult zamanı ilk tibbi yardımın böyük önəmi var. Təəssüf ki, çox hallarda işemik insult daha öncədən heç bir əlamətlə özünü büruzə vermir, çox anidən baş verir.

İşemik insultun fəsadları, beyinin hansı damarlarının və hansı ölçüdə tıxandığına bağlı olur. İnsult anidən görmənin itməsi, qüvvətsizlik, hissiyatın itməsi, gəzərkən çətinlik çəkməyə səbəb ola bilər. Beynin fərqli bölgələri bədənin fərqli hisslərini və funksiyalarını idarə etdiyi üçün, əsasən insultun olduğu yer və yaxın çevrəsinə təsir bölgəsinə bağlı olaraq, bədəndə də həmin nahiyələrdə ağırlaşmalar olur. İşemik insultun ilk əlamətlərini öyrənmək və bu əlamətlər olarsa mütləq təcili olaraq pasiyenti xəstəxanaya çatdırmaq lazımdır.

Şübhələnməsi gərəkən hallar:

  • İki görmə
  • Bir tərəfli gücsüzlük
  • Hissiyat pozulması
  • Ani başlayan baş ağrıları
  • Ürəkbulanma, qusma olarsa mütləq həkimə müraciət etmək lazımdır!

İşemik İnsult zamanı erkən periodda (ilk 6-8 saat ərzində) invaziv yolla damarların açılması əməliyyatı tətbiq olunur. Damarlar açıldıqdan sonra pasiyentdə insult sonrası heç bir fəsad (əlillik) qalmır.

Beyin qanamasını ən düzgün və tez tomoqrafiya müayinəsi göstərir.

Beyin qanaması zamanı Kompüter Tomoqrafiyasının rolu

Beyin qanaması zamanı ən dəqiq müayinələrdən biri olaraq Tomoqrafiya sayılır. Beyin qanaması keçirən pasiyenti xəstəxanada ilk müayinə olaraq Kompüter tomoqrafiyasından keçir. Beyin Qanamasını ən düzgün və tez Tomoqrafiya müayinəsi göstərir. Müayinənin nəticələrinə əsasən pasiyent angioqrafiya otağına alınır və invaziv müdaxilə başlanır.