Dr. İlyas Həsənov, PhD, MD

Ünvan

ATU Tədris Terapevtik Klinikası, Bakı


Mexaniki sarılıq müalicəsi

Mexaniki sarılıq və öd yollarının bədxassəli törəmələri

Mexaniki sarılıq qaraciyərdə istehsal olan ödün onikibarmaq bağırsağa sərbəst keçməsinin qarşısını alan mexaniki bir baryerin olmasıdır. Mexaniki baryer daş, öd palçığı (slaj), öd yollarının törəməsi və ya öd yollarını kənardan sıxan törəmələr ola bilər. Əgər mexaniki sarılığın səbəbi daş və ya öd palçığıdırsa, xəstəyə ilk növbədə ERCP əməliyyatı təklif olunur.

Uğursuz ERCP və ya bədxassəli səbəbdən yaranmış mexaniki sarılıqlar zamanı perkutan biliar drenaj və stent taxılması əməliyyatları ilə ödün onikibarmaq bağırsağa sərbəst keçməsi təmin olunur. Bu əməliyyat çox zaman yerli keyitmə və sedasiya altında aparıldığı üçün istənilən yaş qrupu və ya yanaşı problemi olan xəstələrdə aparıla bilər. Əvvəllər bu tip əməliyyat (narkoz riski) oluna bilməyən xəstələr qısa müddətdə sarılıqdan həyatını itirirdisə, indi invaziv radioloji metodlarla bu əməliyyatlar xəstəyə zərər vermədən aparıla bilir.