Logo

Icon

Telefon I

+994 55 808 03 03

Icon

Telefon II

+994 77 808 03 03

Icon

Ünvan

Zəfəran Hospital,
Bakı, Azərbaycan


Diabetik ayaq müalicəsi

Diabetik ayaq yaralarında tıxanmış damarların açılması

Diabetik ayaq - şəkər xəstələrində yaranan və uzun müddət sağalmayan yaralardır. Bu yaralar ayaqdakı sinir uclarının zədələnməsindən və ya ayaq damarlarının tutulmasından yarana bilər.

Diabetik ayaq yarası olan xəstələrdə ayaq damarlarında tutulma olub-olmadığını yoxlamaq vacibdir. Rəngli doppler müayinə və angioqrafiya bunun üçün uyğundur. Əgər damar tutulması varsa, bu tutulmalar aradan qaldırılmadan yaranın sağalması mümkünsüzdür.

İnvaziv radioloji üsullarla birbaşa dəridən (perkutan) icra olunan balon və stent müalicələrinin cərrahi üsullara nisbətən bəzi üstünlükləri vardır:

  • Xəstəxanada qalma müddəti qısadır
  • Əməliyyat zamanı yaranan böyük cərrahi çapıqlar olmur
  • Müdaxilələr ümumi anesteziya tələb etmir
  • Maliyyə dəyəri daha aşağıdır;
  • Daha az risklidir;
  • Nəticələr əməliyyatla eyni və ya daha yaxşıdır;
  • Digər mühüm üstünlük isə eyni müalicə üsulunun təkrar tətbiq oluna bilməsidir