+994 55 808 03 03
+994 77 808 03 03
Zəfəran Hospital,
Bakı, Azərbaycan
Uşaqlıq Miomalarının Embolizasiyası - Uşaqlıq miomalarının cərrahi kəsiksiz ən az travmatik müalicəsidir.
Uşaqlıq mioması – saya əzələdən əmələ gələn xoşxassəli törəmədir. Miomalar heç bir halda xərçəngə çevrilmir. Miomaların ölçüləri bir neçə millimetr və 20-25 sm arasında dəyişə bilir. Uşaqlıq miomasının dəqiq əmələ gəlmə səbəbləri hələ də tam dəqiq müəyyən olunmayıb, lakin, miomanın hormonal tənzimləmə ilə əlaqəsi barədə məlumatlar mövcuddur.
Hal-hazırda uşaqlıq miomasının ideal müalicə metodikası mövcud deyil, bütün metodların öz üstünlükləri və əksiklikləri var. Buna baxmayaraq, uşaqlıq miomasının ən müasir və effektiv müalicə metodlarından olan, uşaqlıq arteriyasının embolizasiyasını (UAE) xüsusən qeyd etmək lazımdır.
UAE (uşaqlıq arteriyalarının embolizasiyası) kiçik həcmli, cərrahi kəsik tələb etməyən əməliyyatdır. Bu əməliyyat zamanı yerli keyitmə ilə, bud nahiyyəsində kiçik dəlikdən bud atreriyasına girilir və nazik xüsusi katetorların köməyi ilə miomanı qidalandıran damarlara plastik hissəciklər yeridilir, nəticədə düyünlərdə qan dövranı tamami ilə dayanır. Qan dövranı dayandıqdan sonra miomanı təşkil edən əzələ hüceyrələri ölür. Sonra sovrulma prossesi nəticəsində düyünlərin nəzərə çarpan kiçilməsi və ya tam yox olması baş verir, mioma simptomları tam keçib gedir. 98,5% hallarda UAE sonra uşaqlıq mioması ilə bağlı əlavə müalicəyə ehtiyac olmur.