+994 55 808 03 03
+994 77 808 03 03
Zəfəran Hospital,
Bakı, Azərbaycan
Azərbaycanın ilk İnvaziv Radioloqu
Dr. İlyas Həsənov, Azərbaycanın ilk invaziv radioloqudur. Bir çox invaziv radioloji əməliyyatlar, yerli mütəxəssis olaraq Azərbaycanda ilk dəfə məhz İlyas Həsənovun komandası tərəfindən yerinə yetirilib. Bu əməliyyatlardan - Anevrizmaların Coil Embolizasiyası, Qaraciyər şişlərinin kimyəvi embolizasiyası, Uşaqlıq Miomalarının Embolizasiyası (UAE), Qanayan şişlərdə (sidik kisəsi, qaraciyər, uşaqlıq) mexaniki embolizasiya və s.
Varikoz damarları adətən ayaq damarlarında venoz reflüks problemi nəticəsində, çirkli qanın ürəyə qayıtmasında olan problemdir.
Diabetik ayaq - şəkər xəstələrində yaranan və uzun müddət sağalmayan yaralardır.
İnsult beyinə gedən qan axınının birdən azalması və durmasıdır.
Uşaqlıq Miomalarının Embolizasiyası - Uşaqlıq miomalarının cərrahi kəsiksiz ən az travmatik müalicəsidir.
Karotis arterial damarı və ya şahdamar boyun hissəsində olur və beyini qan ilə qidalandıran ən vacib damardır.
Beyin anevrizması - beyin damarlarının genişlənməsi və nəticədə damarın bir hissəsində baloncuk bir formanın yaranması deməkdir.
İnvaziv Radiologiya Mərkəzi minimal invaziv prosedurlar üzrə ixtisaslaşan, qabaqcıl görüntüləmə texnologiyaları ilə müalicə və müayinə yanaşmalarını təkmilləşdirən tibbi mərkəzdir.
Ən təcili hallarda belə
İnvaziv Radiologiyanın əsas üstünlüklərindən biri minimal invazivliklə prosedurların yerinə yetirilməsinə imkan verməsidir. Ənənəvi cərrahiyyə ilə müqayisədə daha kiçik kəsiklər nəticəsində sağalma müddətləri qısalır
Kiçik kəsiklər daha az toxuma travmasına səbəb olduğu üçün, İnvaziv Radioloji əməliyyatlar çox zaman minimal ağrı ilə müşaiyyət olunur
İnvaziv Radioloji əməliyyatlar qısa müddətdə və kəsiksiz icra olunduğu üçün pasiyentlərin xəstaxanada qalma müddəti adətən bir neçə saatı keçmir
Əməliyyatlar kiçik kəsiklə, yerli narkoz və çox az qanaxma ilə icra olunduğu üçün ağırlaşma riski çox aşağı səviyyədədir
İnvaziv Radioloji prosedurların bir çoxu yerli narkoz vasitəsilə, pasiyent ayıq ikən icra edilir